İşsizlik müavinətinin qısa müddət ərzində elektron qaydada hesablanması mümkün olacaq
Bundan sonra işsizlik müavinətinin qısa müddət ərzində elektron qaydada hesablanması mümkün olacaq.
“ICTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” adlı elektron xidmət məhz bu məqsədlə yaradılıb: “Bu elektron xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir və xidmət qismən avtomatlaşdırılıb.
Bu xidmət vasitəsi ilə işsizlik müavinətinin elektron qaydada 3-5 dəqiqə ərzində hesablanması təmin edilir. İşsiz vətəndaşlar işsizlik müavinətini elektron qaydada qısa müddət ərzində hesablaya biləcəklər. İnteraktiv olan bu xidmət ödənişsizdir və xidmət “http://www.ses.gov.az” internet ünvanı üzərindən təqdim edilir. Xidmətin istifadəçiləri bütün Azərbaycan vətəndaşlarıdır”.
Nazirlikdən qeyd edilib ki, işsiz vətəndaşlar işsizlik müavinəti almaq üçün rayon (şəhər) məşğulluq mərkəzlərinə müraciət etdikdə, onlar müvafiq qaydada qeydiyyata alınır və fərdi qeydiyyat vərəqəsi vətəndaşın imzası ilə rəsmiləşdirilir.
“Məşğulluq haqqında” qanunun 4.5.3-cü bəndinə uyğun olaraq, işaxtaran vətəndaş qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə mərkəzə gəlməlidir: “Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir. Sorğunun yerinə yetirilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir. Təqdim edilən sənədlər məşğulluq mərkəzləri tərəfindən qəbul edilmiş müraciətlər üzrə xüsusi kitabda qeydə alınır. Xidmətin yerinə yetirilməsinə nəzarəti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti həyata keçirir”.
Hesablama qaydalarına gəlincə, iş staji 6 aydan azdırsa və 6 aydan gec məşğulluq idarəsinə qeydiyyata düşübsə, respublika üzrə minimum məbləğ hesablanacaq və üzərinə əgər 18 yaşına çatmamış uşağı varsa, hər uşağa minimum məbləğin 10 faizi hesablanacaq:
“Əgər 5 uşaqdan çox olarsa və istifadəçi 5 uşaqdan çox daxil etməsinə baxmayaraq, maksimum 5 uşağın faizi hesablanacaq. Uşaq yoxdursa, respublika üzrə təyin olunmuş minimum müavinətin məbləği hesablanacaq”.
İş staji 6 aydan çoxdursa və məşğulluqda 6 aydan tez qeydiyyata düşübsə, bu zaman elektron xidmətin təqdim edildiyi yerdə açılan pəncərədə vətəndaş axırıncı iş yerindən çıxdığı son birillik əmək haqqını aylar üzrə cədvələ daxil etməlidir: “Yekun nəticə ayların sayına bölünür və 70 faizə vurulur. İstifadəçinin orta əmək haqqının 70 faizi və digər əlavələr hesablandıqdan sonra alınan məbləğ ümumi respublika orta əmək haqqından çox olduğu təqdirdə avtomatik olaraq işsizlik müavinətinin miqdarı respublika üzrə orta aylıq əmək haqqı həcmində müəyyənləşdirilir”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL