“Lenovo” şirkəti hesabat verib
Aparıcı kompyuter istehsalçısı olan "Lenova" şirkəti mədaxil və mənfəətini artırmağa davam edir. Belə ki, şirkətin xalis mənfəəti 30 faiz artaraq 141 milyon dollar təşkil edib.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, stolüstü kompyuter və noutbukların satış həcmi 24,4 faiz artıb. Halbuki fərdi kompyuter (FK) bazarında 2 faiz azalma müşahidə olunub.
Hazırda şirkətin FK bazarındakı payı 15 faizə bərabərdir və o, ən böyük istehsalçılar arasında ikinci yerdə qərarlaşıb. Noutbuk satışları şirkətə 4,3 milyard dollar, stolüstü kompyuterlər isə 2,5 milyard dollar qazandırıb. "Lenovo" şirkəti, həmçinin qeyd edib ki, illik hesablamada smartfon satışlarının həcmi 44 dəfə artıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL