waplog

Qubada intellektual oyunlar üzrə turnir keçirilib


Qubada fəaliyyət göstərən "Yurd" İntellektual Gənclərin İnkişafına Dəstək İctimai Birliyi, Xəzər İntellektual Gənclər Klubu, Gənclərin İntellektual İnkişaf Mərkəzi və Quba rayon Gənclər və İdman İdarəsi ölkənin 8 regionundan olan komandalar arasında intellektual çoxnövçülük üzrə regional turnir keçirib.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının regionlarda gənclərin intellektual klublarının yaradılması bəndinə uyğun olaraq baş tutan, GİN və Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə keçirilən turnirdə Biləsuvar, Sabirabad, Beyləqan, Sumqayıt, Siyəzən, Şabran, Xaçmaz və Qubadan olan, ümumilikdə 10 komanda "Breyin rinq" və "Xəmsə" oyunlarında qüvvələrini sınayıblar.

"Breyin rinq" yarışında Qubanın "Yurd" komandası birinci, "Sumqayıt fırıldaqçıları" ikinci, Siyəzəni təmsil edən "Çıraqqala" komandası isə üçüncü olub. "Xəmsə" oyununda isə "Sumqayıt fırıldaqçıları" birinci, "Yurd" komandası ikinci və Beyləqanı təmsil edən "Mil" komandası üçüncü yeri tutublar. Turnirin yekununda hər iki yarış üzrə qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplom, medal və kuboklar təqdim edilib.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL