Gövhər Baxşəliyeva: «Türkdilli ölkələr arasında kommunikasiya sahəsində layihələrin həyata keçirilməsi olduqca əhəmiyyətlidir»
«Qloballaşan dünyamızda inteqrasiya prosesləri getdikcə daha böyük vüsət alır. Xalqlar və ölkələr sürətlə bir-birinə yaxınlaşır, hətta lokal və regional problemlər belə əksər hallarda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxır».
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva söyləyib.
Planetimizin getdikcə sərhədsizləşdiyini vurğulayan millət vəkilinin sözlərinə görə, təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil:
«Bu, türkdilli ölkələrə də aiddir. Öz müstəqilliyinin artıq 21-ci ilini yaşayan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın siyasət, iqtisadiyyat, sosial həyat, hüquq və digər sahələrdə mühüm islahatlar apardıqlarını, demokratikləşdirmə, insan haqlarının təmin olunması və bazar iqtisadiyyatı infrastrukturunun yaradılması prosesində xeyli tərəqqi olduğunu və bunun onların dünya birliyinə inteqrasiyasına kömək etdiyi xüsusi vurğulanmalıdır. Beynəlxalq iqtisadi əməkdaşlığın nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması sahəsində görülən işlər, TRASEKA, böyük “İpək yolu”nun bərpası layihələrinin həyata keçirilməsi türkdilli xalqların bir-birinə və bütövlükdə dünyaya inteqrasiyasına bariz nümunədir. Türkdilli ölkələr arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək məqsədi ilə ikitərəfli və çoxtərəfli layihələrin, xüsusən sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və turizm sahəsində layihələrin hazırlanması və həyata keçirilməsi olduqca əhəmiyyətlidir».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL