waplog

“PASHA Bank” “İnternet bank” xidmətini işə salıb


Maliyyə və müvəqqəti xərclərin optimallaşdırılmasında müştərilərinə kompleks yanaşma təklif edən "PASHA Bank", bank xidmətinin müvafiq əməliyyatların yerinə yetirilməsini asanlaşdıran və sürətləndirən daha səmərəli forma və standartlarını həyata keçirir.

Bu cür xidmətlərdən biri internet şəbəkəsi vasitəsilə maliyyə əməliyyatlarını maksimal sürət və etibarlılıqla aparmaq imkanı verən müasir, rahat və praktik bank xidmətləri kompleksini təmin edən "İnternet bank" xidmətidir.

"ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, bu xidmətin köməyilə müştəri istənilən məsafədən hesablarının idarə edilməsinə, ödənişlərinin yerinə yetirilməsinə və əvvəllər sadəcə bankın ofisində həyata keçirilə bilən bir sıra digər əməliyyatlara çıxış əldə edir.

Müştərinin daxil etdiyi məlumatlar, o cümlədən elektron əməliyyatlar "İnternet bank" xidmətindən istifadə zamanı müştəriyə tam təhlükəsizlik təmin edən müasir sertifikatlaşdırılmış proqram təminatları ilə qorunur.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL