waplog

“Hewlett-Packard” korporasiyası hesabat verib


Dünyanın ən iri kompyuter istehsalçısı olan “Hewlett-Packard” (HP) şirkəti avqustun 22-də maliyyə ilinin üçüncü rübünün yekunları üzrə gələcək zərəri haqqında elan edib. Şirkət 8,9 milyard dollar həcmində zərərə məruz qalacaq.

Bu barədə “Agence France-Presse” “HP”-nin prezidenti Meq Uitmanın bəyanatına istinadən bildirib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Uitman şirkətin belə ciddi zərərə məruz qalmasını onun bir neçə ilə hesablanmış yenidənqurma prosesinin başlanğıc mərhələsində olması ilə əlaqələndirib.

2012-ci ilin mayında “HP” rəhbərliyi 25-27 min əməkdaşını (ştatın təxminən 8 faizi) ixtisar edəcəyini elan etmişdi. İxtisarlar 2014-cü ilədək həyata keçirilməlidir. Bu tədbirlər, həmçinin qlobal yenidən strukturlaşdırma proqramının bir hissəsidir.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL