waplog

Azərbaycana idxal edilən nəqliyyat vasitələri üçün gömrük ödənişləri onlayn hesablanacaq


Azərbaycan ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərini onlayn hesablamaq mümkündür. Bunun üçün vətəndaşlar Dövlət Gömrük Komitəsinin (DGK) rəsmi saytında yaradılan xüsusi bölmədə hesablanma qaydaları (XİF MN-8703 qrupuna aid olanlar) ilə tanış olmalıdırlar.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Komitədən bildirilib ki, ölkənin gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin gömrük qiymətləndirilməsi (dəyərləndirilməsi) 20 iyun 1995-ci il tarixli “Gömrük Tarifi haqqında” qanun, Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları”na, həmçinin Azərbaycanda qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir: “Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı qanunvericilik aktları ilə tanış olmaq üçün bölmədə yerləşdirilmiş müvafiq linklərdən biri seçilir.

Qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən mallar (o cümlədən mal qismində gətirilən nəqliyyat vasitələri) deklarant tərəfindən gömrük orqanlarına bəyan edilir. Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

Gömrük orqanlarının gömrük qiymətləndirilməsi məqsədilə onlara təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin həqiqiliyini və ya düzgünlüyünü araşdırmaq hüququ var”. Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərinin təyin edilməsinin düzgünlüyünü təsdiq edən məlumat yoxdursa, yaxud deklarantın təqdim etdiyi sənədlərin düzgün olmadığına əsas varsa, bu zaman gömrük orqanı onda olan məlumatlar (o cümlədən eyni və eynicinsli malların qiyməti barədə məlumatlar) əsasında gömrük dəyərinin müəyyən edilməsi üsullarını ardıcıl tətbiq edərək, bəyan edilmiş malın gömrük dəyərini müstəqil şəkildə təyin edə bilər.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL