waplog

Amerika İT xərclərinin həcmini 10 faiz azaldacaq


ABŞ prezidenti Barak Obama Administrasiyası bütün dövlət idarələrinə informasiya texnologiyalarına sərf olunan xərclərin həcmini 10 faiz azaltmaq haqqında sərəncam verib.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin sonunadək İT xərclərin həcminin 10 faiz azaldılması həyata keçirilməlidir. Barak Obama ABŞ-ın İT xərclərinin 2013-cü ilədək 1 faiz azaldılması vacibliyini qeyd etdikdən sonra İT xərclərin həcminin 10 faiz azalması haqqında sərəncam verilib.

ABŞ dünyanın digər dövlətləri ilə müqayisədə informasiya texnologiyalarına daha çox vəsait xərcləyən dövlətdir. Müdafiə Nazirliyi 3,5 milyard dollar həcmində İT xərcini azaltmalıdır. Nazirliyə ikinci dərəcəli layihələrə sərf olunan xərcləri azaltmaq və təkrar xərclərin aradan qaldırılması hesabına effektivliyi artırmaq təklif edilib.

Qeyd etmək lazımdır ki, Obama artıq dövlət xərclərinin İT seqmentə sərf edilməsinin azaldılması planında bəzi uğurlara nail olub. Onun gəlişinə qədər dövlətin bu sfera üzrə büdcəsi ildə orta hesabla 7 faiz və ya inflyasiyanı nəzərə almaqla 4,5 faiz artıb. 

Obamanın prezidentliyi dövründə büdcənin həcmi eyni səviyyədə qalır.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL