İnformasiya texnologiyaları cinayətlərində şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
İnformasiya texnologiyaları cinayətlərində şübhəli bilinən daha bir Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları onun tapılması üçün İnterpola müraciət edib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində xəbər yerləşdirilib. Xəbərdə bildirilir ki, Türkiyə vətəndaşı, 33 yaşlı Şahin Nejip informasiya texnologiyaları cinayətləri və dələduzluqda təqsirli bilinir.
Hazırda onun saxlanması üçün tədbirlər görülür. Məlumat üçün bildirək ki, bir müddət bundan əvvəl Azərbaycan digər bir Türkiyə vətəndaşını da beynəlxalq axtarışa verib. 42 yaşlı Jak Matalon da informasiya texnologiyaları cinayətləri və dələduzluqda təqsirli bilinir. Jak Matalon Türkiyədə, habelə dünyada informasiya texnologiyaları sahəsində güclü mütəxəssislərdən biri hesab olunur. Onun "Arustel" şirkətinin baş direktoru vəzifəsində çalışdığı bildirilir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL