Əməkdaşlarını işsiz qoyan İT şirkəti izini itirir
“Sony Mobile” şirkəti ziyanın yarsından qayıtmaq istəyir. Bunun üçün bir sıra tədbirlər həyata keçirir. Şirkət heyətinin 15 faizini (təxminən 1000 insan) ixtisar edəcəyini bəyan edib. Bundan başqa, şirkət qərargahının Tokio şəhərinə köçürülməsi ilə bağlı qərar da qəbul edilib.
Bütün bunlar 2012-ci ilin oktyabr ayında başa çatdırılacaq. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, daha çox ixtisar İsveçdə planlaşdırılır. Şirkətin rəsmi bəyanatında bildirilir ki, ixtisarlar xərcləri azaltmalı və şirkətin əməliyyat effektivliyini artırmalıdır.
Şirkətdən bildiriblər ki, onlar İsveçdəki nümayəndəliyi tamamilə bağlamırlar. Sadəcə, konsultantlar çıxarıldıqdan sonra “Sony Mobile”-in İsveç nümayəndəliyi əsasən, “Android” smartfonları üçün proqram təminatının hazırlanması ilə məşğul olacaq.
“Sony Mobile” şirkətinin Lund şəhərində təxminən 3000 insan işləyir. “Gartner” analitik şirkətinin məlumatına əsasən, hazırda “Sony Mobile” şirkətinin smartfon bazarında payı 4.2 faiz təşkil edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL