waplog

5 milyard ildən sonra dünyanın sonu gələcək


Öz planetlərindən birini məhv etmiş "qırmızı nəhəng"i araşdıran ABŞ, İspaniya və Polşadan alimlər qrupunun gəldiyi nəticəyə görə, təxminən 5 milyard ildən sonra Yer kürəsini də eyni tale gözləyir.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, nüvəsində artıq hidrogen yanması bitmiş ulduzlar "qırmızı nəhəng" adlanır. Göy cismi belə ulduza çevrildikdə onun səthindəki temperatur artmağa başlayır.

Ulduzun ölçüləri böyüdüyünə görə ona ən yaxın orbitlərdə yerləşmiş planetlər məhv olur. Astronomların iddialarına görə, Günəş təkamül prosesi nəticəsində "qırmızı nəhəng"ə çevrildikdə onun diametri 128 dəfə artacaq və nəticədə Merkuri, Venera və ehtimal ki, Yer kürəsi məhv olacaq.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL