Nəqliyyatda vahid kartdan istifadə ediləcək
"Ölkənin nəqliyyat sahəsində vahid kart sisteminin tətbiqi ilə bağlı indidən nəsə demək çətindir. Lakin bu işlərin mərhələli şəkildə görülməsi nəzərdə tutulub". Bunu açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
O bildirib ki, nəqliyyat əməliyatlarının intelektual idarəedilməsinin tərkib hissəsindən biri də universal kartların təbliğidir. N.Həsənovun sözlərinə görə, yaxın gələcəkdə tətbiq olunacaq cib kartları sistemi universal kart olaraq bütün nəqliyyat növlərində istifadə ediləcək.
"Yəni, bu kartları istənilən nəqliyyat vasitələrində istifadə etmək mümkün olacaq. Universal kart sistemləri olan bu kartların hazırlanması ilə bağlı koreyalı və azərbaycanlı mütəxəssislər tərəfindən dizayn forması bəyənilib. Sadəcə, avtobuslar və mərkəzi idarəetmə sistemi buna hazır olmalıdır. Lakin bu kartların tətbiqinə nə vaxt başlansa, həmin mərhələdə hər iki ödəniş sistemi paralel olaraq qalacaq. Əgər kartlar kimdəsə olmasa onlar nəğd ödəniş edə biləcəklər. Sonradan tədricən vahid kart sisteminə keçiləcək. Nəqliyyat əməliyatlarının intelektual idarəedilməsinin tərkib hissəsi kimi vahid kartların tətbiqini ya bu ilin sonu, ya da gələn ilin əvvəllərində görəcəyik, - deyə N.Həsənov əlavə edib"
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL