waplog

“ELEKTRON TİCARƏT” - ənənəvi bazarlıqdan modern şoppinqə gedən yol


İyirminci əsrin əvvəlləri və yeni əsrin başlanğıcı informasiya texnologiyasının, yeni elektron rabitə vasitələrindən və qlobal internet şəbəkəsindən geniş istifadə, sivilizasiya və dünya iqtisadiyyatındakı mühüm dəyişikliklərlə xarakterizə olunur.

Son dövrlərdə iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrin yeni inkişaf mərhələsinə – informasiya cəmiyyəti mərhələsinə keçidi geniş surətdə həyata keçirilir. Sahibkarlıq sahəsində bu dəyişikliklərin əsası biznesin elektron üsulla aparılması və ya elektron ticarətin (ing. electronic commerce) təşəkkül tapması ilə yadda qalıb.   

Elektron ticarət dedikdə, ilk növbədə, elektron rabitə vasitələrindən istifadə etməklə kommersiya sazişlərinin imzalanması başa düşülür. Bu zaman sazişlər onlayn rejimində bağlanır. Elektron ticarətin ənənəvi ticarətdən əsas prinsipial fərqi əmtəənin internet şəbəkəsi vasitəsilə hərəkət etdirilməsidir.

Elektron ticarətin inkişafı tarixi


1960-cı ildə "American Airlines" və "IBM" kimi Amerika şirkətləri aviareyslərdə yerlərin tutulması prosedurlarının avtomatlaşdırılması ilə elektron ticarətin əsası qoyulur desək, yanılmarıq. Beləliklə, "SABRE" sistemi (Semi-Automatic Business Research Environment) hava uçuşlarını sıravi sərnişinlər üçün daha münasib edərək onlara sayı daima artan reyslərdə və tariflərdə oriyentasiya etməyə yardımçı olur.   

Yerlərin tutulması zamanı tariflərin hesablanması prosesinin avtomatlaşdırılması hesabına xidmətlərin dəyəri də azalır. Bu, elektron ticarət sisteminin yaradılması ilə bağlı ilk təcrübədir. Elektron ticarət bazarı son 20 il ərzində daha dinamik inkişaf edir və bu da internet-istifadəçilərin sayının sürətli artımı, sosial şəbəkələrin və digər interaktiv onlayn-platformaların genişlənməsi, elektron ödəniş sistemlərinin dinamik inkişafı, və aparıcı veb-servislərin "Web 1.0" texnoloji platformasından "Web 2.0" keçidi ilə əlaqədardır.    

Elektron ticarət dedikdə nəinki internet sistemləri, eləcə də, digər kommunikasiya mühitindən istifadə edən "elektron mağaza"lar başa düşülür. Qeyd etmək lazımdır ki, veb-şəbəkələr elektron ticarətin texnoloji bazası olmasına baxmayaraq, sistemlər sırasında digər kommunikasiya imkanlarından da istifadə olunur. Belə ki, əmtəə malının göstəricilərinin dəqiqləşdirilməsi və sifarişin təsdiq olunması üçün satıcıya qarşı irəli sürülən tələblər elektron poçt vasitəsilə də göndərilə bilər.  

Bu gün kredit kartları onlayn alışları zamanı dominant ödəniş vasitəsidir. Lakin yeni ödəniş vasitələri: smart-kartlar, rəqəmli pullar, mikro ödənişlər və elektron çeklər də artıq az populyar deyil.  

Elektron ticarət yalnız onlayn transaksiyalardan ibarət deyil. Bu anlayış ilə əhatə olunan sahəyə marketinq tədqiqatlarının həyata keçirilməsi, imkanların və tərəfdaşların təyin olunması, tədarükçülər və istehlakçılar ilə əlaqələrin qurulması, sənədlərin dövriyyəsinin təşkili kimi fəaliyyət növlərini daxil etmək zəruridir. Beləliklə, elektron ticarət kompleksli anlayış olub, məlumatların tərkib hissəsi kimi elektron mübadilədən ibarətdir.

Elektron satışların həcmləri

Əgər internet inkişafının ilkin mərhələsində ünsiyyət və qeyri-kommersiya informasiyası üçün xidmət göstərirdisə, bu gün şəbəkə texnologiyalarının kommersiya məqsədilə uğurlu şəkildə istifadə olunması artıq sirr deyil. İndiki dövrdə bütün internet-istifadəçilərin təxminən 40%-i onlayn mağazalarda alqı-satqı əməliyyatlarını həyata keçirir.  

1999-cu ildə şəbəkədə pərakəndə satışların həcmi təxminən 40-50 milyard dollar təşkil edib. İndi internetdə pərakəndə satış saytlarının kateqoriyası cüzi artıma malikdir (yarım il ərzində 52%). Bu saytlara daxil olan istifadəçilərin payı daha da artır (1999-cu ilin 1-ci yarısında-31%, ikinci yarısında - 41%). 2012-ci ilin proqnozlarına əsasən, şirkətlərin 70%-i internetdən biznes imkanlarının genişləndirilməsində istifadə edəcəklər.  

Bu zaman elektron sövdələşmələrinin həcmi 300-500 milyard dollar təşkil edəcək, korporativ sektorun payı isə 70-80%-ə qədər artacaq. Bu gün elektron ticarətin gəlirlərində kiçik biznesin payı təxminən 20% təşkil edir. 2013-cü ildə onun 27%-ə qədər artması gözlənilir.  

Hazırda internet-mağazaların alıcıları arasında amerikalılar üstünlük təşkil edir. Onlar şəbəkədə alver edən bütün istifadəçilərin yarısından çoxunu təşkil edir. Onların ¾ ödənişi həyata keçirən zamanı kredit kartlarından istifadə edirlər.  

Qısa haşiyə çıxaraq qeyd edək ki, bu yaxınlarda Avropa Şurası (AŞ) ölkələrinin iqtisadiyyat nazirləri tərəfindən «Elektron ticarətin hüquqi aspektləri haqqında» müqavilə layihəsi işlənib hazırlanıb. Bu sənədə müvafiq olaraq elektron saziş tam hüquqi qüvvəyə malikdir. Bütün bunlardan savayı, AŞ ölkələri arasında elektron sazişlərin qarşılıqlı şəkildə tanınması haqqında razılaşma əldə olunub. 


 Bu layihənin bəyənilməsi Avropa elektron bazarının inkişafı üçün ən güclü stimuldur. Hal-hazırda internetdən daimi istifadə edən avropalıların təxminən 35%-i onlayn ticarət ilə əlaqədar saytlara mütəmadi olaraq daxil olurlar. İndiki dövrdə Avropada internet-mağazaların sayı təxminən 16 milyon təşkil edir.  

Onların sayının 100 milyona qədər artımı gözlənilir və bu da bütün Avropa istifadəçilərinin təxminən 70%-i deməkdir. İndi Avropada elektron ticarət gəlirlərinin artımı təqribən 200% amerikalılardan artıqdır.  

Lakin pərakəndə satışın həcmi cəmi 3,5 milyard dollara, yəni, bütün pərakəndə satışların 0,2%-nə bərabərdir. Finlandiyalı alıcılar daha aktiv olmuş (12,7%), ikinci yerdə - Fransa (10%), daha sonra - Almaniya (4%) və Böyük Britaniya istifadəçiləri qərarlaşıb (2,8%). Avropada korporativ elektron ticarəti üçün daha perspektivli sahələr avtomaşın sənayesi, nəqliyyat və elektronika hesab olunur. Asiya bazarında elektron ticarət kifayət qədər əhəmiyyətli gəlir sahəsi hesab olunur.  

Belə ki, 1999-cu ildə pərakəndə elektron ticarəti burada təxminən 3 milyard dollar təşkil edib və bu zaman gəlirlərin 94%-i daha inkişaf etmiş ölkələrin – Yaponiyanın (1,5 milyard. dollardan artıq) və Koreyanın (720 mln. dollar) payına düşür. Bu qrupa Avstraliyanı da şamil etmək mümkündür (təxminən 380 mln. dollar). Biznesin elektron yolla aparılmasının inkişaf etdirilməsinin başlanğıc mərhələsi altmışıncı illərin sonuna şamil olunur, lakin yalnız son onilliklər ərzində o, bank sahəsinin hüdudlarından kənara çıxaraq geniş şəkildə inkişaf edib. İnternet şəbəkəsi müasir biznes sahəsində radikal dəyişikliklərin həyata keçirilməsinin başlıca vasitəsi kimi çıxış etməkdədir. Yeni təzahürlə yanaşı, labüd olaraq başa düşülməsi üçün intizamlar arası yanaşma üsullarının və texniki, iqtisadi, maliyyə və hüquqi biliklərin uzlaşmasının zəruri olduğu ictimai münasibətlərin əvvəllər naməlum olan obyektinin tənzimlənməsi zərurəti ilə əlaqələnən çətinliklər meydana çıxmağa başlayırlar.  


Bundan başqa, mütəxəssislər bu sahədəki qanuni fəaliyyətə əsaslanan iki hakim məqamı qeyd edirlər: texnologiyaların sürətlə əvəzlənməsi və iqtisadi münasibətlərin «yeni iqtisadiyyat» sahəsində qloballaşmasının çox yüksək səviyyəsi. İqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələr son illərdə digər dövlətlər üçün nümunə olan elektron biznesin ayrı-ayrı meyarları üzrə qanunvericiliyi işləyib hazırlayıblar.  


Normativ aktlar bu yaxında Birləşmiş Ştatlarda, Kanadada, Avstraliyada, bir neçə Avropa dövlətlərində, eləcə də, beynəlxalq təşkilatlar səviyyəsində qəbul olunub. Eyni zamanda da yeni qanunvericiliyin hüquqtətbiqedici praktikası qənaətbəxş deyil. Avropa İttifaqında yeni informasiya texnologiyalarının Avropa Birliyi (AB) vətəndaşlarının internet şəbəkədən geniş istifadəsinə yönəlmiş «Elektron Avropa» (e-Europe) proqramı bu baxımdan məqsədəuyğun hesab edilir. Bu proqramın hüquqi tərəfi AB səviyyəsində yeni, eyniformalı qanunvericiliyin formalaşdırılması ilə əlaqəlidir.  

Elektron ticarətin hüquqi bazasının yaradılması zamanı əsas orientirlər effektiv şəkildə fəaliyyət göstərən mexanizmin yaradılması zərurətinə əsaslanıb. Bu zaman «tənzimlənmədən» yayınmaq və fərdi təşəbbüs ilə avtonom qüvvələrin vahid bazarın çərçivəsində fəaliyyəti üçün kifayət edəcək genişliyin qorunub saxlanılması lazımdır. Həmçinin də istehlakçı hüququnun, ictimai qayda-qanunun, sağlamlığın və əhalinin əxlaqının müdafiəsinin əldə olunmuş səviyyəsini də qoruyub saxlamaq zəruridir.  

Elektron ticarət sahəsində bazalı normativ aktın işlənib hazırlanması üzrə Avropa İttifaqındakı qanun layihəsinə dair işlər 1996-cı ildə aparılıb. Geniş müzakirələrə əsasən Avropa Komissiyası 1997-ci ilin aprel ayında «Elektron ticarət sahəsində Avropa təşəbbüsü» ilə çıxış edib. 2000-ci ilin iyun ayında «İnformasiya cəmiyyəti xidmətlərinin bəzi hüquqi nöqteyi-nəzərləri və xüsusilə də, daxili bazarda elektron ticarət haqqında direktiv» (Elektron ticarət haqqında direktiv) qəbul olunub. Üzv-dövlətlərə öz qanunvericiliyini direktivə müvafiq olaraq 2002-ci ilin 17 yanvar tarixinə qədər həyata keçirməsi əmr edilmişdir.  

Elektron ticarət haqqında direktiv AB daxili bazarının informasiya cəmiyyətinin «mükafatlandırma məqsədilə elektron ötürülmə və məlumatların qorunub saxlanılması vasitəsilə uzaq məsafədən müştərilərin fərdi sorğusuna əsasən göstərilən xidmətlər» kimi adlanan xidmətlərə münasibətdə inkişafını təmin edir. Fərdi sorğu üzrə bu növ xidmətlərin göstərilməsi onun televiziya xidmətlərindən fərqidir.  

Göstərilmiş anlayışlar elektron yolla imzalanmış sazişlərin çərçivəsindən kənara çıxır və onlayn axtarış, informasiyanın təqdim olunması, məlumat bazasına giriş, məlumatın göndərilməsi və qorunub saxlanılması, eləcə də, kommersiya məktublaşmasının mübadiləsi üzrə xidmətləri də özündə cəmləşdirir. Direktivdə möhkəmləndirilmiş ümumi prinsipdə deyildiyi kimi, üzv-dövlətlər milli sərhədlərə ünvanlandırılmış və ya buradan törəyən, lakin Avropa İttifaqının hüdudlarından kənara çıxmayan informasiya cəmiyyəti xidmətlərinin həyata keçirilməsini məhdudlaşdırmaq hüququna malik deyildir. Bu zaman qanunvericiliyə dövlətin xidmətlər üzrə məsuliyyət prinsipi daxil edilir.  

Elektron ticarət haqqında direktiv tədarükçülər tərəfindən Avropa İttifaqının ərazisində göstərilən xidmətlərə şamil olunur və üçüncü ölkənin ərazisindən göstərilən xidmətlərə onun tətbiq olunması qadağandır. Bununla əlaqədar olaraq mühüm əhəmiyyət kəsb edən məsələ ərazisindən xidmətin göstərildiyi dövlətin müəyyən edilməsi məsələsidir. Direktiv Avropa birliklərinin məhkəmə təcrübəsində formalaşan xidmət tədarükçüsünün təsisat yerinin iqtisadi fəaliyyətin həqiqi həyata keçirilmə yeri kimi başa düşülməsinə əsaslanır. Bu növ fəaliyyət qeyri-məhdud müddət ərzində kommersiya müəssisəsinin yaradılmasını nəzərdə tutmalıdır.  

 Bu qaydaya müvafiq olaraq isə xidmət tədarükçüsünün yerləşdiyi yer onun saytının məlumatlarının fiziki cəhətdən yerləşdiyi yer deyil, onun real iqtisadi fəallığı mərkəzi, yəni, xidmətlərin təqdim olunmasının təmin olunduğu yer kimi qəbul edilir. İnformasiya cəmiyyətində xidmətlərin göstərilməsi ictimai qayda-qanun, dövlət təhlükəsizliyi, sağlamlığın mühafizəsi və əxlaqın mühafizəsi məsələlərinin ənənəvi siyahısına əsaslanmalıdır. Elektron məlumat azadlığının məhdudlaşdırılması Avropa İttifaqının hüququnda inkişaf etmiş proporsionallıq prinsipinin tətbiqini tələb edir.


AB daxili bazar prinsiplərinin realizəsi həm də onda öz əksini tapır ki, xidmətlərin göstərilməsi üçün informasiya cəmiyyətinin hakimiyyətin ilk icazəsini əldə etməsi tələb olunmur (Direktivin 4-cü maddəsi). Bu zaman xidmətin tədarükçüsü şirkətin adı, onun yerləşdiyi ərazi və elektron poçtunun ünvanını da daxil etməklə özü haqqında məlumata daimi girişi təmin etməyə borcludur.  

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL