"Samsung " iki “SİM” kartlı "Galaxy S Duos" smartfonunu təqdim edib
"Samsung Electronics" şirkəti "Galaxy S Duos" smartfonunu təqdim edib. Yeni qurğu sentyabrdan etibarən Avropada satışa çıxarılacaq.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Samsung"un yeni smartfonu "Android 4.0" əməliyyat sistemi əsasında işləyir.
"Galaxy S Duos" smartfonu "Galaxy S" dizaynında hazırlanıb və "Samsung Galaxy" xəttinin smartfonlarına xas texniki xüsusiyyətlərə malikdir. Həmçinin iki "SİM" kartdan istifadə etmək mümkündür. "Galaxy S Duos" smartfonu 1 QHs takt tezliyində işləyən mobil prosessora və 4 Qb daxili yaddaşa malikdir.
Akkumulyatorun tutumu 1500 milliamper/saat təşkil edir. "S Duos" smartfonuna, həmçinin "Samsung ChatON" rabitə xidməti quraşdırılıb. Bu xidmət telefonun bütün istifadəçilərini vahid cəmiyyətdə birləşdirir və onların bir-birləri ilə əlaqə saxlamasına imkan yaradır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL