Azərbaycan vətəndaşlarının viza almaları prosesi optimallaşdırılıb
Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə ikitərəfli münasibətlərə, xüsusən ədliyyə və miqrasiya sahəsində münasibətlərə cavabdeh olan təsisatlarda islahatlar aparılmasına kömək məqsədi ilə Azərbaycana yeni maliyyələşdirmə ayrıldığını elan edib.
Avropa Komissiyasının saytına istinadla xəbər verir ki, həmin maliyyə dəstəyi Aİ-Azərbaycan Fəaliyyət Planı, o cümlədən Azərbaycan vətəndaşlarının viza almaları prosesinin optimallaşdırılması kontekstində razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə kömək edəcək.
Aİ-nin Azərbaycan üçün illik fəaliyyət proqramı 2012-ci ildə 19,5 milyon avro məbləğində vəsait ayrılmasını nəzərdə tutur.
Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (ENPI) vasitəsilə həyata keçiriləcək maliyyələşdirmə Avropa Qonşuluq Siyasətinin Prioritetlər Planı və institusional islahatları çərçivəsində tədbirlər görülməsinə yönəldiləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL