Astronavt Nil Armstronq 83 yaşında dünyasını dəyişib
Amerikalı astronavt, Aya birinci ayaq basmış Nil Armstronq 83 yaşında ABŞ-da dünyasını dəyişib.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, astronavtın ölüm səbəbi dəqiqləşdirilməyib, lakin avqustun əvvəlində onun ürəkdən əməliyyat keçirdiyi məlumdur.
Nil Olden Armstronq 1930-cu il avqustun 5-də Ohayo ştatının Vapakoneta (Wapakoneta) şəhərində anadan olub. O, 1950-1953-cü illəri əhatə edən Koreya müharibəsində iştirak edib, “Grumman F9F Panther” qırıcı təyyarəsində 78 hərbi uçuş həyata keçirib və bir dəfə də vurulub. Armstronq 1956-cı ildə “NASA”-ya məxsus Kaliforniyada yerləşən Yüksək sürətli uçuşların öyrənilməsi stansiyasına keçib və orada eksperimental təyyarələrin sınaqlarında iştirak etməyə başlayıb.
O, 1966-cı ilin martında “Gemini 8” gəmisinin komandiri kimi kosmosa birinci uçuşunu həyata keçirib.
Armstronq 1969-cu il iyunun 16-da “Apollo-11” gəmisinin komandiri kimi tarixə insanın kosmosa uçuşu kimi daxil olmuş ikinci uçuşunu həyata keçirib. Astronavt 1969-cu il iyulun 20-də canlı yayımda Aya enməni müşahidə etmiş milyonlarla televiziya tamaşaçısının gözləri qarşısında aya enmə modulunun son pilləsindən tullanıb.
Ayda cəmisi 12 amerikalı astronavt olub.Armstronq 1974-cü ilin avqustunda “NASA”-nı tərk edərək bizneslə məşğul olmağa başlayıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL