waplog

ABŞ-ın Hərbi Dəniz Qüvvələri yeni avtonom sualtı qayıq hazırlayır


Amerikalı hərbi alimlər bir neçə ay ərzində avtonom üzmə funksiyasına və uzun müddət ərzində düşmənin potensial obyektlərini izləməyə malik pilotsuz idarə olunan sualtı gəmi hazırlayırlar. "DARPA" elmi agentliyi bu hazırlamaya nəzarət edir və artıq "AWS" (Anti-Submarine Warfare) işçi adı altında sualtı qayığın dizaynının hazırlanması ilə bağlı "SAIC" (Science Applications International Corporation) korporasiyası ilə saziş imzalayıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "DARPA"-dan verilən məlumata əsasən, "AWS" adlı sualtı qayıqda bir neçə yeni hazırlamadan istifadə ediləcək. Məsələn, potensial düşmən radarının sualtı qayığı çətinliklə aşkar etməsi üçün iş zamanı aşağı səs-küylə işləyən yeni dizel-elektrik mühərriki tətbiq ediləcək.

Yeni qayıq – bu, suyun altında min kilometrlərlə məsafəni avtonom qət etməyə qadir yeni nəsil dizel-elektrik sualtı qayıqlarının yaradılmasını nəzərdə tutan "A-CTUV" (Continuous Trail Unmanned Vessel) proqramının bir hissəsidir.


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL