waplog

Yuxuda informasiya qavramaq mümkündür


Vaysman Elmlər İnstitutunda neyrofizioloq Anat Arzinin rəhbərliyi altında çalışan israilli alimlər insan beyninin yuxu zamanı yeni informasiya qavramaq iqtidarında olduğu barədə nəzəriyyəni təsdiq ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, mütəxəssislər möhkəm yuxuya gedə bilən 28 insan üzərində təcrübə aparıblar.

Yuxu zamanı onlara müəyyən səslər səsləndirilib və burunlarına xoş və xoşagəlməz qoxu nümunələri yaxınlaşdırılıb. Bu zaman beynin fəallığı xüsusi cihazla qeydə alınıb. Bundan sonra könüllülərə ayıq vaxtda eyni səslər səsləndirilib. Beynin həmin səslərə eyni reaksiya verdiyi müəyyən olunub.

Alimlər bildiriblər ki, hələlik beynin yuxuda yeni informasiyanı yadda saxlaması imkanını sübut ediblər. Hazırda onlar beynin bu üsulla nə qədər mürəkkəb və hansı həcmdə informasiyanı qavradığını aydınlaşdırmaq istəyirlər.


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL