waplog

Şabranda kəndlərlə rayon arasında videogörüntülü əlaqə yaradılacaq


"Aztelekom" İB Şabran telekommunikasiya  şəbəkəsinin  inkişaf   etdirilməsi  məqsədilə tərtib  edilmiş  tədbirlər  planının  icrasını davam  etdirir. Şabran TKQ-nın rəisi Cavid Əkbərov bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq bir il ərzində rayonda 215 ədəd telefon çəkilişi aparılıb.

Telekommunikasiya qovşağı üzrə  bu ayın əvvəlinə EATS-lərin  montaj tutumu 4567 olub ki, bunun da 4185 nömrəsi istifadəyə verilib. Tədbirlər planına uyğun olaraq mərkəzi  S-12  256 nömrə genişləndirmə işləri aparılaraq ATS-in montaj tutumu  2560 nömrəyə çatdırılıb.

Ötən ilin avqustunda  S-12 mərkəzi ATS-də   quraşdırılan  DSLAM avadanlığı vasitəsi ilə 120 abunəçi  internet  xidmətindən  birbaşa qoşularaq  istifadə  etdiyi halda, bu rəqəm ötən dövrdən bu ayadək 311 abunəçiyə çatdırılıb. Onlardan 168 abunəçi - "aztelekom.net" və 143 abunəçi   - "DATA +"  özəl provayder istifadəçisidir.

DSLAM avadanlığı vasitəsi ilə  internet  xidmətindən  birbaşa qoşularaq   istifadə edən abunəçilərin  və telefon çəkilişlərinin  artırılması nəticəsində qovşaq üzrə  göstərilən rabitə xidməti haqqı (abunə haqqı üzrə)  10.6 min   manat artıb. Belə ki ,  bu göstərici ötən  ilin  müvafiq dövrü  üzrə  83.0 min  manat, cari ildə  93.6 min manat təşkil edib.

Həyata keçirilən layihələrin tərkib hissəsi olaraq Sincanboyat  kəndində  yeni 64 nömrəlik DS-200 EATS, Çölquşçu kənd yaşayış məntəqəsində peyk avadanlığı vasitəsi ilə fəaliyyət göstərən mini-ATS rekonstruksiya olunaraq NEK  avadanlığı vasitəsi  ilə yeni 48 nömrəlik  DS-200 EATS quraşdırılıb istifadəyə verilmişdir. Şabran TKQ tərəfindən vətəndaşlara daha keyfiyyətli  rabitə xidməti göstərilməsi məqsədi ilə  mütəmadi şəhər və kənd daxili rabitə xətlərində təmir işləri aparılır.

 Hal-hazırda Şabran-Pirəbədil-Zeyvə istiqamətində yeni avtomobil yolunun salınması ilə əlaqədar yolkənarı rabitə xətlərinin və dirəklərinin  sökülərək yenidən bərpası sahəsində işlər davam etdirilir.

 Abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin  yüksəldilməsi, şikayət və təkliflərə operativ baxılması məqsədi ilə bütün xidmətlərin "Vahid Pəncərə" üzərindən təşkilinin  həyata keçirilməsi üçün " Sistem " tətbiq edilib.

Qovşağın xidməti ərazisində  kənd  yaşayış  məntəqələrinin  genişzolaqlı  internet  xidməti ilə  təmin edilməsi  üçün   bütün kənd EATS-lərinin  mövcud birləşdirici xətlərinin rekonstruksiya olunaraq  yeraltı 30.6 km məsafədə fiber-optik kabellə    əvəz edilməsi təmin edilib.

 Şabran rayon İcra Hakimiyyəti  orqanlarının rəhbərliyi ilə  kənd İnzibati Ərazi Vahidlikləri  arasında yaxın gələcəkdə  videogörüntülü  əlaqələrin yaradılması sahəsində işlər davam etdirilir.
 
RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL