Daşkəsən rabitəsi TAE xəttinə qoşulur
“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi istiqamətində son mərhələ olaraq Gəncə-Daşkəsən xəttinin tikintisinə başlanılıb. Bu barədə “Aztelekom” İB-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, artıq Gəncədən Daşkəsən istiqamətində xəttin tikintisi davam etdirilir.
Bu layihənin həyata keçirilməsi ilə Gəncədən Daşkəsənədək bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da daha sürətli və daha keyfiyyətli rabitə xidməti deməkdir. Daşkəsən rabitəsi də TAE xəttinə qoşulduqdan sonra Azərbaycan MDB ölkələri arasında bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk respublika olacaq.
Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.
2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL