“Azərpoçt”dan SMS xidməti
“Azərpoçt” MMC pul baratlarının göndərilməsi barədə vətəndaşın mobil telefon bildirişlərinin SMS şəklində göndərilməsi təcrübəsindən geniş şəkildə istifadə edir.
Bu barədə müəssisədən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, vətəndaş ölkə daxilində digər şəxsə moniqram göndərdikdə hər iki şəxsin mobil nömrəsi sistemə daxil edilir. Bu zaman dərhal alıcının mobil telefonuna ona moniqram göndərilməsi barədə SMS daxil olur. SMS-də moniqramı təkcə təyinat nöqtəsində deyil, Azərbaycanın istənilən poçt şöbəsində alınması mümkünlüyü qeyd edilir.
Əgər 1 ay müddətində vətəndaş moniqramı qəbul etmirsə, onda göndəricinin mobil telefonuna moniqramın qəbul edilməməsi barədə SMS daxil olur.Qeyd edək ki, “Azərpoçt” MMC bu sahədə daha böyük yeniliyə hazırlaşır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL