waplog

ETSN-in bəzi xidmətləri avtomatlaşdırılıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid mal və materialların ixracına və idxalına razılığın  verilməsi xidməti tam avtomatlaşdırılıb və "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya edilib. 

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, interaktiv növlü elektron xidmət ödənişsizdir. Sözügedən xidmətdən istifadə məqsədilə internet vasitəsilə sənədləri göndərmək üçün “http://www.eco.gov.az/” internet saytının “Elektron xidmətlər” bölməsinə və yaxud “http://www.ehdis.az/” e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesi həyata keçirilir. Bundan sonra  müvafiq fəaliyyət növü seçilir  və həmin fəaliyyət növünə uyğun açılan müraciətə tələb olunan sənədlər əlavə edilərək göndərilir.

Sorğu “http://e-xidmet.eco.gov.az/” internet səhifəsinə daxil olduğu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən qeydiyyata alınır və bu barədə, həmçinin sonrakı icrası haqqında istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

Sorğu icra edilməsi üçün məsul şöbəyə təqdim olunur. Sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 10 iş günündən gec olmayaraq ETSN-in səlahiyyətlərinə aid mal və materialların ixracına və idxalına razılığın verilməsi üzrə qərar qəbul edilir (sənədlərə ekspert rəyi alınması müddəti daxil deyildir). Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə 2 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir.

Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra təkrar təqdim olunan sənədlərin qəbulu barədə ərizəçiyə bildiriş göndərilir, bütün sənədlərə 10 iş günü müddətində baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

Xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən elektron kargüzarlıq vasitəsilə həyata keçirilir.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL