waplog

Çin bazarında daha çox smartfon satılır


“IDC” analitik şirkətinin tədqiqatına görə, Çin bazarında smartfon satışlarının həcmi artım sürətinə görə büdcəyə uyğun mobil telefon bazarının həcmini üstələyir. Hərçənd Çinin mobil rabitə  abunəçilərinin mühüm hissəsi əvvəlki kimi telefonlardan istifadə edir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin ikinci rübündə Çin bazarına ümumilikdə 87 milyon mobil rabitə qurğusu tədarük edilib. Məlumat üçün bildirək ki, onların 51 faizi (44,4 milyon)  smartfondur.

"Çinin smartfon bazarı sürətli templə artmaqdadır. İnsanlar daha çox smartfon alırlar və rəqabət nəticəsində bazarda məhsulun  qiyməti sürətlə aşağı düşür" – “IDC”-nin çinli analitiki Tek Çun Von bildirib. Onun sözlərinə görə, Çində satılan smartfonların əksəriyyətinin qiyməti təxminən 160 dollara bərabərdir.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL