Belarusun Baş nazirinin birinci müavini: “Azərbaycanla kosmik texnologiyalar sahəsində ikitərəfli təcrübə və bilik mübadiləsi aparmağı planlaşdırırıq”
Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşkonun fikrincə, Azərbaycanla əməkdaşlıq çərçivəsində texnologiyaların, traktor və avtomobillər, kommunal texnika üçün bütün asma avadanlıqlar sisteminin təchizatını təşkil etmək lazımdır. "Biz konkret həllərə nail olmağı, o cümlədən kosmik texnologiyalar sahəsində ikitərəfli tədqiqatlar, təcrübə və bilik mübadiləsi aparmağı planlaşdırırıq"- deyə Vladimir Semaşko qeyd edib.
Bundan əlavə, Azərbaycan və Belarus informasiya-telekommunikasiya texnologiyaları, kosmik tədqiqatlar, nanotexnologiyalar və biotexnologiyalar sahələrində əməkdaşlığı fəallaşdırmaq niyyətindədirlər. Belə ki, gələn ilin birinci rübündən gec olmayaraq Minskdə elmi-texniki forum keçirilməsi qərara alınıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL