waplog

Dövlət Statistika Komitəsi statistik kitabların onlayn satışını və ödənişini tətbiq edib


Dövlət Statistika Komitəsi bütün hesabatların tam olaraq onlayn formada yığılmasını təmin etmək üçün son tamamlama işlərini aparır. Bundan başqa, komitədə “bulud” texnologiyası, məlumat bazalarının genişləndirilməsi və köhnə məlumatların elektronlaşdırılması istiqamətində də müəyyən işlər görülür.

Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin direktoru Vəli Allahverdiyev məlumat verib. O bildirib ki, artıq komitə öz üzərinə düşən e-xidmətlərin hamısını əhalinin istifadəsinə təqdim edib: «Biz 100 faiz şəkildə bütün xidmətlərimizi elektronlaşdırmışıq. Yəni hər bir insan komitəmizin xidmətlərindən yararlanmaq üçün saytımıza daxil ola bilər və heç bir maneə olmadan onlardan istifadə edə bilər».

V.Allahverdiyev onu da əlavə edib ki, Dövlət Statistika Komitəsi statistik kitabların onlayn satışını da həyata keçirir: «Bu xidmət də elektronlaşdırılıb və komitənin rəsmi saytında yerləşdirilib. Maraqlı şəxslər kitabı onlayn şəkildə sifariş verə və hətta onların ödəmələrini də onlayn şəkildə həyata keçirə bilər».

Baş Hesablama Mərkəzinin direktorunun sözlərinə görə, onlayn şəkildə alınan kitablarda qiymət fərqi yoxdur: «Amma onlayn formada kitab alan şəxslərin bir üstünlüyü var. Biz sifariş olunan kitabları poçt vasitəsi ilə alıcının ünvanına çatdırırıq və bu zaman poçt xidmətlərinə görə rüsumu komitə həyata keçirir. Bu da vətəndaşlara əlavə üstünlük verir. Qeyd edim ki, komitə 29 adda statistik kitab satışa çıxarıb. Onların hər biri haqqında məlumat da saytımızda yerləşdirilib».

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL