waplog

“LG” şirkəti “Optimus G” smartfonunu təqdim edib


Koreya şirkəti “Optimus G” smartfonunu təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, qurğu 1280×768 piksel təsvir ölçüsünə malik 4,7 düymlü “True HD IPS+” ekranla təchiz edilib. Sensor qat birbaşa “Optimus G” smartfonunun ekranına quraşdırılıb.

Nəticədə smartfonun ekranı 30 faiz daha nazik alınıb. Modelin digər texniki xüsusiyyətləri arasında 2 QB əməli yaddaş, 13 meqapikselli kamera, 4 nüvəli “Snapdragon S4 Pro APQ8064” prosessoru və “LTE” şəbəkəsinin dəstəklənməsini qeyd etmək olar.

“LG Optimus G” smartfonu 2100 milliamper/saat  tutumlu akkumulyatorla təchiz edilib və “Android 4.0” əməliyyat sistemi ilə işləyir. Aparatın qalınlığı 8,45 millimetr təşkil edir. Qurğu payızda satışa çıxarılacaq.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL