Smartfonlar daha populyardırlar
“Flurry Analytics” şirkətinin dərc etdiyi məlumat “Android” və “iOS” mobil platformalarının istifadəçilər arasında xeyli populyar olduğunu bir daha sübut edib. “Flurry” şirkətinin hesablamasına görə, hazırda smartfonlar fərdi kompyuterlərin 90-cı illərdəki populyarlığından 10 dəfə daha populyardırlar.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Flurry” şirkəti mobil bazarı son üç il ərzində müşahidə etməklə belə qərara gəlib.
Bu şirkətin məlumatına əsasən, yalnız ötən ay ərzində dünyada “Android” və “iOS” əsasında işləyən təxminən 640 milyon yeni qurğu aktivləşdirilib.
"Bizim məlumatlarımıza əsasən, ABŞ-da bir il ərzində aktiv mobil qurğular bazarının həcmi təxminən 30 milyon, ÇXR-də (Çin Xalq Respublikası) 100 milyon artıb. ÇXR bazarı bu cür artım tempi ilə artıq ABŞ-ı bu yeni ilədək ötəcək" – “Flurry” şirkətinin bəyanatında belə qeyd edilib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL