waplog

“Unibank”ın filiallarında “cash”-in cihazları quraşdırılır


«Unibank» nağd vəsaitlərin depozit və kart hesablarını qəbul edən və kreditləri ödəmək imkanı verən müasir tipli “cash”-in cihazlarının quraşdırılmasına başlayıb.

“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, “cash”-in aparatları bankın həm paytaxt, həm bölgələrdəki filiallarında işə salınır. Yaxın gələcəkdə isə bu cihazlar Bakının biznes-mərkəzlərində və “Unibank”ın tərəfdaşları olan ticarət şəbəkələrində quraşdırılacaq.

Alınan yeni avadanlığın İT-testləşdirməsi başa çatdırılıb, “cash”-in cihazlarının interfeysi isə tam olaraq bankın xidmətlərinə uyğunlaşdırılıb. Nəticədə müştərilər operativ surətdə kreditlər üzrə ödənişlərini həm nağd vəsaitlərlə, həm plastik kartlar vasitəsi ilə artıq apara bilərlər.

Bundan başqa, yeni “cash”-in cihazlarının quraşdırılması ilə onlar müxtəlif növ depozit və kart hesablarının artırılması imkanı əldə edəcəklər. Bu zaman bankın kassalarına müraciət etmək zərurəti daha yaranmayacaq, vəsaitlər isə hesablara gün ərzində istənilən məqamda real vaxt rejimində yatırılacaq.

Maraqlıdır ki, “cash”-in cihazlarında digər əməliyyatlar və o cümlədən kommunal xidmətlər və mobil telefonlar üzrə ödənişlər də aparıla bilər.

Qeyd etmək lazımdır ki, yeni “cash”-in cihazlarına yalnız milli valyutada olan pul əskinasları daxil olunur. Buna baxmayaraq, xarici valyutalarda açılan hesablara da ödənişlər qəbul edilir - manat vəsaitləri bu zaman bankın əməliyyat gününə açıqladığı məzənnəyə uyğun xarici valyutalara çevrilir.     

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL