Azərbaycanın telekommunikasiya operatorları İstanbulda telekommunikasiya sənayesinin başlıca məsələlərini nəzərdən keçirəcəklər
Azərbaycanın telekommunikasiya operatorları sentyabrın 18-19-da İstanbulda keçiriləcək "Capacity Eurasia 2012" beynəlxalq konfransı çərçivəsində telekommunikasiya sənayesinin başlıca məsələlərini nəzərdən keçirəcəklər. Azərbaycan konfransda telekommunikasiya xidmətlərinin ilkin tədarükçüləri olan "Delta Telecom" və "Azertelecom" şirkətləri ilə təmsil olunacaq.
Konfrans çərçivəsində toxunulacaq əsas məsələlərdən biri məlumatların işlənməsi mərkəzlərinin yaradılması və səmərəli istifadəsi, yeni xidmətlərin, veb-servislərin, əlavələrin, “bulud” servislərinin modellərinin və s. tətbiqinin stimullaşdırılması olacaq.
Həmçinin, genişzolaqlı xidmətlərin, “3G”, “WiMAX”, “4G/LTE”-nin işə salınmasında investisiya planlaşdırma məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılır.
Konfrans Avrasiyada qabaqcıl beynəlxalq və regional operatorları, xidmət tədarükçülərini birləşdirir.
Konfransın işində yeni biznes imkanları haqqında müşavirə və diskussiya keçirəcək 300 nümayəndə heyəti və telekommunikasiya operatorlarının iştirakı gözlənilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL