waplog

Naxçıvan MR-də rabitə xidmətlərinin həcmi 6,7 faiz artıb


2012-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında (MR) informasiya və rabitə xidmətlərinin həcmi 24964,8 min manat olub ki, bu da 2011-ci ilin müvafiq dövründəki 23407,3 min manatlıq xidmətlə müqayisədə 6,7 faiz çoxdur. Bu barədə MR-in Bakıdakı Daimi Nümayəndəliyindən məlumat veriblər.

Ümumi xidmətlərin 21422,3 min manatı və ya 85,8 faizi qeyri-dövlət informasiya və rabitə müəssisələrinin payına düşüb.

Qeyri-dövlət informasiya və rabitə müəssisələrində xidmətlərin həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıb.

Bu dövr ərzində mobil rabitə xidmətlərinin həcmi 21400,7 min manat təşkil edib və 5,9 faiz müvafiq artım tempi qeydə alınıb.

Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 2012-ci ilin yanvar-iyul ayları ərzində 3401,2 min manatlıq rabitə xidməti göstərilib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Nazirliyin tabeçiliyində olan strukturlar üzrə 2012-ci ilin yanvar-iyul ayları ərzində 1500 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz çoxdur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL