waplog

Astara poçtamtında yeni texnologiyalar tətbiq edilib


Astarada poçt rabitəsi sahəsində yeniliklər həyata keçirilir. Poçtamtın rəisi Gülağa Rzayev bildirib ki, bütün poçt şöbələri müasir avadanlıqlar və mebel dəstləri ilə təmin edilib. Bir müştəri xidmətləri şöbəsi, üç şəhər  və 15 kənd poçt şöbəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank və maliyyə xidmətləri təqdim edilir. Maliyyə xidmətlərinin inkişafı layihəsinə uyğun olaraq müştəri xidmətləri şöbəsi, 1 və 2 saylı şəhər poçt şöbələrində avadanlıqlar quraşdırılıb. Adıçəkilən poçt şöbələrində qaz, elektrik enerjisi haqlarının yığımı yeni sistemlə qəbul edilir.

G.Rzayev poçt işçilərinin müştərilərə 30 növdən çox xidmət göstərdiklərini bildirib. Yeni texnologiyaların poçt rabitəsinə tətbiqi ilə müasir poçt rabitəsinə keçid poçtamtın kollektivinə yeni bir stimul verib. Maliyyə xidmətləri ilə əlaqədar olaraq “Western Union” pul köçürməsi, DYP cərimələrinin qəbulu, “ATASığorta”, “Atəşgah” sığorta şəhadətnamələrinin satışı təşkil edilərək vergi haqlarının yığılmasına hazırlıq işləri aparılır. 

G.Rzayev İran İslam Respublikası ilə aparılan beynəlxalq poçt mübadiləsinin daha keyfiyyətli şəkildə təşkilinin daim diqqət mərkəzində saxlanıldığını dedi. Uğurla kifayətlənmədiklərini deyən rəis daha böyük nailiyyətlər əldə etmək üçün səylərini artırdıqlarını bildirdi.

Poçtamtın işçiləri  mətbuat və poçt göndərişlərinin, sürətli pul baratlarının, teleqramların təlimata uyğun yüksək səviyyədə çatdırılmasını təmin edir.

Rəis Astara Poçt filialı kollektivinin 2012-ci ilin tarif gəliri proqnozunu 2012-ci ilin dekabr ayının 10-dək yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəklərini bildirdi.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL