2013-cü ildə smartfonlar ən populyar mobil aparat növünə çevriləcək
“iSuppli” şirkəti smartfonların populyarlığının artacağını və ənənəvi mobil telefonların payının azalacağını qeyd edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2011-ci ildə telefonların ümumi tədarük həcminin 35 faizi smartfonların payına düşüb. 2012-ci ildə bu göstəricinin 46 faizə qədər artacağı və 2013-cü ildə 54 faiz təşkil edəcəyi gözlənilir. 2016-cı ilədək "ağıllı" telefonların payı 67,4 faiz təşkil edə bilər.
Genişləndirilmiş funksionala malik mobil telefonların bazar payı 2011-ci ildə 46 faizə bərabər olub. 2012-ci ildə onların bazar payı 41 faizə, 2016-cı ildə təxminən 28 faizə bərabər olacaq.
“IDC” analitik şirkətinin hesablamasına görə, 2012-ci ilin ikinci rübündə dünyada təxminən 406 milyon mobil aparat satılıb. Bu göstərici 2011-ci illə müqayisədə 1 faiz çoxdur.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL