waplog

İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlamasından 7 il ötür


İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) fəaliyyətə başlamasının yeddi ili tamam olur.
AzərTAc xəbər verir ki, bu müddət ərzində İTV operativ və obyektiv, qərəzsiz və tərəfsiz xəbərləri, maarifçilik missiyası, rəngarəng layihələri ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Ötən 7 ildə İTV-nin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də kanalın Avropa Yayım Birliyinə üzv qəbul olunmasıdır.

Televiziya bu yolla Avropa Yayım Birliyindən informasiya almaqla yanaşı, həm də ölkəmiz haqqında məlumatların dünyaya çatdırılmasını təmin edib. Yarandığı gündən bir çox xarici ölkə telekanalları, eləcə də Avropanın əsas xəbər kanalı olan “Euronews”la əməkdaşlığa xüsusi önəm verən Azərbaycan İctimai Televiziyası hazırda bu istiqamətdə işlərini uğurla davam etdirməkdədir.

 Yarandığı gündən İTV xalqımızın ən ağrılı və əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həssaslıqla yanaşmış və bu məsələni daima diqqətdə saxlamaqdadır. Kanalın efirində cəmiyyətdə hərbi vətənpərvərlik ruhunun qaldırılması istiqamətində müxtəlif verilişlər hazırlanaraq yayımlanır. Bununla yanaşı telekanalda Azərbaycan xalq yaradıcılığına, muğam və aşıq musiqisinə xüsusi önəm verilir. Mütəmadi yayımlanan siyasi, iqtisadi, sosial və maarifləndirici proqramlar cəmiyyətimiz üçün olduqca əhəmiyyətlidir.

Bir sözlə yeddi illik bir zaman bu telekanalın inkişafı üçün yetərli olmuşdur. İTV artıq bir ictimai institut kimi formalaşıb. Bu gün bu kanal özünəməxsus verilişləri, inkişaf meyli ilə seçilib, fərqlənir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL