Azərbaycan Texniki Universitetində beynəlxalq qrant layihəsi həyata keçirilir
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan Texniki Universiteti ilə (AzTU) birgə “Təhsil informasiya sisteminin yaradılması layihəsi (2011-2013-cü illər)” çərçivəsində qrant layihəsini həyata keçirir.
Bu qrant layihəsi AzTU-da akademik təhsilin səmərəsini artırmaq məqsədilə universitetin idarə olunmasının elektronlaşdırılmasını və akademik təhsil sisteminin idarə edilməsi üçün lazımi texniki yardımın göstərilməsini əhatə edir.
Sistemin təhlili, layihələndirilməsi, avadanlıqla əlaqədar müzakirələrin aparılması və layihənin icra edilməsi məqsədilə dörd koreyalı mütəxəssis Azərbaycana ezam olunub. Onlar işləri sentyabrın 14-dək başa çatdıracaqlar.
Sistemin yaradılması ilə bağlı işlər tamamlandıqdan sonra artıq tələbələrin qeydiyyatdan keçmək üçün universitetə gəlmələrinə ehtiyac qalmayacaq. Bundan başqa, gələcəkdə onların onlayn yolla ev şəraitində universitetin akademik fəaliyyətində iştirakları mümkün olacaq.
Layihənin ilin sonunadək tamamlanması nəzərdə tutulub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL