waplog

“Samsung” şirkəti “Android” platforması ilə işləyən fotoaparat istehsal edəcək


“Samsung” şirkəti Berlində keçirilən tədbirdə “Galaxy Camera” fotoaparatını təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, fotoaparat 16 meqapikselli matrisə malikdir, həm üçüncü və dördüncü nəsil, həm də “Wi-Fi” şəbəkələrinə qoşula bilər.

Fotoaparatın arxa panelində 4.8 düym diaqonallı sensor ekran yerləşib. “Galaxy Camera” fotoaparatına “Android 4.1” əməliyyat sistemi quraşdırılıb. Ona “Google Play” mağazasından mobil tətbiqlər quraşdırmaq olar.

“Galaxy Camera” fotoaparatında səsli idarəetmə də var. İstifadəçi şifahi əmrlər vasitəsilə taymeri sazlaya və ya fotoaparatın sürgüsünü işə sala bilər.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL