Robot-at yaradıldı
İtaliya Texnologiya İnstitutunda robot-at yaradıblar. Robot-atın dörd ayağında səkkizi hidravlika, üçü isə elektromotorlar vasitəsilə hərəkət edən 12 oynaq mövcuddur. Ümumi çəkisi 90 kiloqram olan robot saatda 15 kilometrə qədər sürətlə qaça bilir. İstehsalçılar yaratdıqları robotu stereokamera və lazerli məsafəölçən baş, həmçinin robotun beşinci bədən üzvü olan manipulyator- əl ilə təchiz etmək niyyətindədirlər. Meşəçilik, təbiətin qorunması, adi maşınlar üçün çətinliklə gedilə bilən ucqar rayonlarda kənd təsərrüfatı, xilasedici əməliyyatlar dəmir atın mümkün olan tətbiq sahələridir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL