waplog

Avropanın ən nəhəng telekommunikasiya şirkətlərinin prezidenti Azərbaycana növbəti səfər etdi


Avqustun 30-da “Azercell Telecom” MMC-nin əsas səhmdarı olan “TeliaSonera” şirkətinin prezidenti və baş icraçı direktoru Lars Niberq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovla görüşlər keçirib.

Bu qəbullardan sonra “TelisSonera”-nın prezidenti tərəfindən mətbuat nümayəndələri ilə də görüş keçirilib.  “Azercell Telekom” şirkətinin əsas binasında baş tutan tədbir zamanı Lars Niberq dünyanın 19 ölkəsində fəaliyyət göstərən “TeliaSonera” şirkətlər qrupunun uğurlarından danışdı, Azərbaycanda da “Azercell”in dünya standartlarına uyğun keyfiyyətlə fəaliyyət göstərdiyini vurğuladı. Prezident qeyd etdi ki, hazırda “Azercell” Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərdən biridir, həm də Azərbaycanın qeyri-neft sektorunda çox mühüm yer tutur.

Konfransda cənab Lars Niberq Azərbaycanla bağlı təəssüratlarını  bölüşərək, həmçinin jurnalistlərin çoxsaylı suallarını cavablandırdı. “Azercell”də və digər “TeliaSonera” qrupu şirkətlərində baş verən rəhbərlik dəyişikliklərindən danışdı. Lars Niberq bildirdi ki, “TeliaSonera” Azərbaycanda yüksəksəviyyəli xidmət göstərmək öhdəliyinə sadiqdir və “Azercell” ölkənin telekommunikasiya bazarında liderliyi qoruyub saxlamaq niyyətindədir.  
  
“TeliaSonera” Baltik regionundan tutmuş, Avrasiya məkanına kimi bir çox ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, İspaniya və Nepalda telekommunikasiya şəbəkəsini birləşdirən bir holdinqdir. Əsası 1850-ci ildə qoyulan bu şəbəkə hazırda bütün dünyada telekommunikasiya sahəsinin “pioner”i sayılır. Dünyada ilk dəfə olaraq “4G”-nin kommersiya tətbiqini həyata keçirən “TeliaSonera” bu texnologiyanın təqdimatını Everest dağının zirvəsində də təşkil etmişdir.
 
2011-ci ildə “TeliaSonera”-ya daxil olan şirkətlərin hamısı bir ümumi simvol və loqo ətrafında birləşdilər.  Holdinq hazırda Avropada beşinci telekommunikasiya şirkəti sayılır. 175 milyon abunəçisi olan holdinqdə bütün dünya üzrə 29 minə yaxın insan çalışır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL