RİTN-ə daxil olan şikayət və müraciətlərin operativ araşdırılması üçün tapşırıqlar verilib
Car ilin 6 ayı ərzində RİTN-in Mərkəzi Aparatında, rabitə birlik və müəssisələrində vətəndaşların qəbul olunması, RİTN-ə daxil olan ərizə, şikayət və digər müraciətlərin diqqətlə araşdırılması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. 2011-ci ilin 6 ayı ərzində vətəndaşlardan birbaşa RİTN-nə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 254 ədəd artaraq 1229 ədəd təşkil etmişdir. Hesabat dövrü ərzində daxil olan 1229 müraciətdən 131-i işlə təmin olunma, 126-sı telefon çəkilişi, 121-i telefonun işləməməsi, 96-sı maddi yardım verilməsi və s. məsələlərlə əlaqədar olmuşdur.
Daxil olmuş müraciətlər 2010-cu ilin I yarımilliyi ilə müqayisədə «Aztelekom» İB-də 69 ədəd artaraq 444 ədəd, «Azərpoct» MMC-də 44 ədəd artaraq 137 ədəd, BTRİB-də isə 31 ədəd artaraq 154 ədəd təşkil etmişdir. Digər təşkilatlar üzrə vətəndaşlardan birbaşa daxil olan ərizələrin sayı 2011-ci ilin I yarımilliyi ərzində 494 ədəd təşkil etmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 113 ədəd çoxdur. Ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı 2010-ci ilin I yarımilliyi ilə müqayisədə 88 ədəd artaraq 441 ədəd təşkil etmişdir.
Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış «qaynar xətt»ə daxil olmuş 574 müraciətdən 500-ü müsbət həll olunmuşdur. “Qaynar xətt”ə daxil olmuş müraciətlərdən - BTRİB üzrə daxil olmuş 327 müraciətdən 294-ü icra olunmuş, “Aztelekom” İB üzrə daxil olmuş 190 müraciətdən 157-si icra olunmuş, “Teleradio” İB üzrə daxil olmuş 5, MHM üzrə daxil olmuş 1 müraciətin hər biri müsbət həll olunmuşdur. “Azərpoçt” MMC üzrə daxil olmuş 44 müraciətdən 39-u müsbət həll olunmuşdur. Telekommunikasiya üzrə müraciətər əsasən telefon çəkilişi, telefonun işləməməsi, internetə qoşulma və internetdə nasazlıq ilə bağlı, poçt üzrə isə məktubun vaxtında çatdırılmaması, poçt əməkdaşları tərəfindən vətəndaşlara qarşı edilən kobudluq, ödənişin rüsumdan artıq tələb edilməsi, işə bərpa olunma və s. ilə bağlı olmuşdur. RİTN-ə 2011-ci ilin I yarımilliyi ərzində qəbulla əlaqədar 55 nəfər vətəndaş müraciət etmiş və bütün müraciətlər müsbət həll olunmuşdur.
Qeyd edək ki, nazirlikdə keçirilən kollegiya iclasında rabitə müəssisələrinin rəhbərləri – RİTN-in aparatında, birlik və müəssisələrdə vətəndaşların qəbulu, müraciətlərinə qanunamüvafiq qaydada baxılması, RİTN-in “qaynar xətti”nə daxil olan zənglərin birlik və müəssisələr tərəfindən operativ şəkildə, diqqətlə araşdırılaraq müvafiq qaydada cavablandırılması üçün zəruri tapşırıqlar verilmişdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL