Tokio məhkəməsi “Apple” şirkətinin “Samsung”a olan iddiasını rədd edib
Tokio dairə məhkəməsi Amerikanın “Apple” korporasiyasının patent hüququnun pozulması ilə bağlı Cənubi Koreya şirkətinə qarşı qaldırdığı iddiasını rədd edib. “Samsung” şirkətini 8 smartfon modelində kənar ixtira və hazırlamalardan qanunsuz istifadədə ittiham etmişdilər.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Tokio məhkəməsi “Apple” korporasiyasının iddiasını əsassız sayıb.
Lakin çıxarılmış qərar hər iki korporasiyanın yapon bazarı uğrunda apardığı “müharibə”də nöqtə qoymur. Prosesdə yalnız kompyuterdəki musiqi və digər məlumatların smartfon və planşetlərə ötürülməsi texnologiyası haqqında kifayət qədər dar məsələyə baxılırdı. Hazırda hər iki şirkət dünyanın 10 ölkəsində belə məhkəmə prosesləri aparır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL