waplog

Hakerlər Ledi Qaqaya zərbə vurub


“SwagSec” haker qrupu Ledi Qaqanın rəsmi saytını “sındırıb” və resursda qeydiyyatdan keçmiş istifadəçilərin şəxsi məlumatlarının bir hissəsini oğurlayıblar. “The Daily Mirror”un məlumatına görə, ifaçının “Ladygaga.co.uk” ünvanında yerləşən Britaniya saytı hücuma məruz qalıb. Sayt hələ iyun ayının 27-də “sındırılıb”, ancaq hücumun nəticələri indi məlum olub. Hakerlər minlərlə istifadəçinin ad və elektron ünvanlarını ələ keçiriblər. Ledi Qaqanın əməkdaşlıq etdiyi “Universal leyblin” rəsmi bəyanatına əsasən, plastik kart nömrələri və digər maliyyə məlumatları oğurlanmayıb. Səsyazma şirkəti bəyanatında bildirib ki, baş vermiş hadisəyə son dərəcə ciddi yanaşılır və əlavə tədbirlər görüləcək.


lenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL