2012-ci ildə Çin ən böyük smartfon istehlakçısı olacaq
“IDC” analitik şirkətinin hesablamasına görə, 2011-ci ildə dünyada 491,4 milyon smartfon satılıb. Bu göstərici 2010-cu illə müqayisədə 61.3 faiz çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ABŞ ən böyük satış regionu olub. Belə ki, smartfon satışlarının 21,3 faizi və ya 104.7 milyonu ABŞ-ın payına düşüb. Çin ikinci ən böyük satış regionu olub.
Proqnozlara görə, 2012-ci ildə Çin bu göstərici üzrə ABŞ-ı ötəcək. Analitiklər hesab edir ki, 2016-cı ilədək bu dövlətlərin smartfon bazarında payı müvafiq 23 və 14.5 faiz təşkil edəcək.
“IDC” analitik şirkəti qeyd edib ki, Hindistan və Braziliyada da smartfonlara tələbat artır. Buna səbəb 200 dollaradək “Android” qurğuların istehsalının çoxalmasıdır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL