waplog

Naxçıvanda “Evədək optika” layihəsinin icrasına başlanılıb


Naxçıvanda telekommunikasiya infrastrukturunun optik şəbəkə üzərindən qurulması  tədbirləri davam etdirilir. Ümumilikdə muxtar respublikada istismar olunan avtomat telefon stansiyaların 86%-i optik arabağlantılarla təmin edilib.

Bu gün muxtar respublikanın sabit telefon şəbəkəsinin Yeni Nəsil Telekommunikasiya sisteminə keçirilməsi uğurla həyata keçirilir. Bu işlərin davamı olaraq Naxçıvanda “evədək optika” layihəsinin icrasına başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinin Naxçıvan MR  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, layihə “GPON” (Giqabit Passive Optical Network) avadanlığı vasitəsi ilə həyata keçirilir.

“GPON” avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsi ilə telefon, yüksəksürətli internet, videotelefon və İP televiziya adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcək. “GPON” avadanlığının tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini,  buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də ona mis məftilin imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkün olacaq.

“GPON” avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayrıcılar) vasitəsilə 256 abonentə xidmət göstərəcək. Bundan əlavə, bu avadanlıqlar abonentlərə bir xətlə iki telefon nömrəsini işlətmək imkanı verəcək.

 Həmçinin, bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə və şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq.

 Məlumat üçün bildirək ki, bir sıra inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü doğruldub. İstifadəçiyə yuxarıda qeyd olunanlardan əlavə evdən iş yerinin idarə edilməsi, iş yerinə vizual nəzarət, elektron təhsil almaq, e-ticarət, bütün bank ödənişlərini və köçürmələrini həyata keçirmək kimi məhdudiyyətsiz imkanlar yaradır.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL