Azərbaycan poçtu şöbələrinin korporativ şəbəkəyə qoşulması üçün 3G-dən istifadə edir
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin ucqar yaşayış məntəqələrində yerləşən 20-dən artıq poçt şöbəsi 3G şəbəkəsi vasitəsilə poçt operatorunun avtomatlaşdırılmış korporativ informasiya sisteminə qoşulub. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt şöbəsinin müdiri, Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, poçt şöbələrinin korporativ şəbəkəyə qoşulması üçün "Azercell Telekom" şirkətinin üçüncü nəsil şəbəkəsindən istifadə olunur. 3G şəbəkəsi xüsusilə ucqar rayonlarda korporativ sistemə qoşulmağa imkan verir, kabellərin çəkilməsi üzrə xərclər isə özünü doğrultmur.
"3G şəbəkəsi ilə əhatə olunan bütün ucqar yaşayış məntəqələrində yerləşən "Azərpoçt"un bütün şöbələri korporativ sistemə qoşulacaq", - Məmmədov deyib.
Bu gün "Azərpoçt"un avtomatlaşdırılmış korporativ informasiya sisteminə minə yaxın filial və şöbə qoşulub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL