Gömrük nəzarətindən gizlədilmiş mobil telefonların Azərbaycana keçirilməsinin qarşısı alınıb
Gürcüstandan Azərbaycana gizlədilmiş şəkildə keçirilməyə cəhd olunan mobil telefon və onların aksesuarları aşkar edilərək götürülüb.
“ICTnews” elektron xəbər xidmətinin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı İftixar Hacıyevin idarə etdiyi “BMW 320” markalı minik avtomobilinə baxış zamanı həmin maşının mühərrik yerində və salonunda gizlədilmiş müxtəlif markalı, cəmi 225 ədəd mobil telefon və mobil telefonlara məxsus aksesuarlar - 267 ədəd akkumulyator, 269 ədəd qidalandırma cihazı, 260 ədəd karton qutu, 119 ədəd USB-kabel və 50 ədəd “qulaqcıq” aşkar edilib.
“Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Amin İbrahimovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin yük yerində yanacaq çənindən müxtəlif markalı, cəmi 101 ədəd mobil telefon və mobil telefonlara məxsus aksesuarlar - 69 ədəd qidalandırma cihazı, 56 ədəd akkumulyator, 35 ədəd USB-kabel və 60 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb.
Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Fərid Abbasquliyevin idarə etdiyi “Mercedes Benz E230” markalı minik avtomobilinə "Sınıq Körpü" gömrük postunda gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin salonunda müxtəlif markalı, cəmi 98 ədəd mobil telefon və mobil telefonlara aid aksesuarlar - 76 ədəd akkumulyator batareyası, 55 ədəd qidalandırma cihazı və 64 ədəd karton qutu gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.
“Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Rəşad Əhmədovun idarə etdiyi “Mercedes Benz 300” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin döşəmə örtüyünün altından müxtəlif markalı, cəmi 17 ədəd mobil telefon və mobil telefonlara aid aksesuarlar - 12 ədəd "qulaqcıq", 22 ədəd qidalandırma cihazı, 22 ədəd boş qutu və 3 ədəd USB-kabel gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.
“Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Habil Cavadovun idarə etdiyi “Mercedes Benz 320” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin salonunda və yük yerində 135 ədəd “Xpress Music” markalı mobil telefon, 125 ədəd mobil telefon qutusu, 134 ədəd qidalandırma cihazı, 135 ədəd akkumulyator və 135 ədəd “qulaqcıq” gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL