Əli Ağan son açıqlamasını verdi
"16 il bu sektorda olmaq çox yaxşı bir nəticədir. Ən son bazara daxil olan rəqibimiz “Nar Mobile” 5 ildir fəaliyyət göstərir. Biz nəinki Azərbaycanda, dünya mobil bazarında bir çox ilklərə imza atmışıq bu müddətdə. Bütün bunları “biz çox yaxşıyıq, bazarın bir nömrəsiyik” məqsədilə demirəm.
Sektoru sadəcə anlatmaq üçün deyirəm. Yəni fəaliyyət müddəti brendin formalaşması üçün çox mühüm bir amildir"- bu barədə Əli Ağan “Azercell” şirkətinin prezidenti kimi son açıqlamasında deyib.
Ə.Ağan həmçinin, mobil internet məsələsinə də toxunub: "Hazırda telekommunikasiya sektorunda data xidmətlərə çox böyük tələbat yaranıb. Amma bu, səsli xidmətlərin sonu anlamına gəlmir. Bəli, mobil rabitə qiymətlərində endirimlər etdik və bu strategiyanı davam etdirəcəyik.
Biz “3G” xidmətini istifadəyə verməyə çox can atırdıq. Bu, internetin sürəti, daha geniş xidmətlərdən əlavə həm də data xidmətlərinin qiymətində 60%-lik ucuzlaşma demək idi. Çünki mobil internetin ucuzlaşması daha çox istifadə olunmasına gətirib çıxardır".
Qeyd edək ki, Əli Ağanın Azərbaycanda fəaliyyət müddəti bitdiyindən, o, “Azercell”in də daxil olduğu “Telia Sonera” qrupuna məxsus Özbəkistandakı “Ucell” şirkətinin prezidenti kimi fəaliyyətini davam etdirəcək.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL