waplog

“Apple” şirkəti “Samsung”a qarşı yeni iddia qaldırıb


Amerikanın "Apple” şirkəti Cənubi Koreyanın "Samsung" şirkətinə qarşı qanunsuz məhsulların siyahısını genişləndirib. Britaniyanın “BBC” radiostansiyasının verdiyi məlumata əsasən, "Apple" şirkətinin hüquqşünasları avqustun 31-də San-Xosedə (Kaliforniya ştatı) yerləşən Federal məhkəmədə əlavə iddia qaldırıblar.

İddiaya görə, "Samsung" şirkətinin istehsalı olan 4 ədəd smartfon və planşet kompyuteri modelində Amerika şirkətinin patent hüququ pozulub.

Onların arasında hazırda telekommunikasiya bazarında ən populyar olan “Galaxy S III” smartfonu da var.
Məhkəməyə təqdim edilmiş iddiada qeyd edilib ki, "Apple" şirkəti  "Samsung"un bu məhsullarının satışından xeyli zərərə məruz qalır.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL