waplog

İntellektual radar və videokamera sistemlərinin sayı artırılacaq


Bakı-Ələt-Hacıqabulun ardınca Hacıqabul-Gəncə-Qazax avtomagistralında müasir intellektual radar və videokamera sistemlərinin quraşdırılması işləri həyata keçiriləcək. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sonuncu olaraq belə bir layihə Bakı-Quba magistralında həyata keçirilib. İdarədən verilən məlumata görə, Hacıqabul-Kürdəmir magistralının genişləndirilməsi ilə bu layihə orada da həyata keçiriləcək.

Bu radarların köhnələrdən fərqi proqram əsasında fəaliyyət göstərməsi və ağıllı videokamera sisteminə malik olmasıdır.

Yeni texnologiya vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri müəyyənləşdirmək asanlaşıb. Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə malikdir.

Bu sistem vasitəsilə vaxt və məsafə intervalına görə nəqliyyat vasitəsinin orta sürətini hesablamaq mümkündür. Yaxın gələcəkdə digər magistral yollara da yeni radarların qoyulması gözlənilir. Bundan başqa magistral yollarda elektron tərəzilərin sayı da artırılacaq.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL