waplog

Bu il 2500 müəllim elektron ərizə ilə işə qəbul olunub


Bu il Təhsil Nazirliyinə işə qəbul olmaq istəyən 16 mindən çox müəllimdən elektron ərizə daxil olub. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Təhsil Nazirliyi tərəfindən yeni tədris ilinə dair açıqlanan statistikada bildirilir.

Qeyd olunur ki, edilən elektron müraciətlərin nəticəsində 2500-dən çox müəllim ölkənin ümumi təhsil məktəblərindəki vakant yerlərə işə qəbul edilib.

Adıçəkilən nazirliyin məlumatına görə, yeni dərs ilində ölkə üzrə 4523 ümumi təhsil müəssisəsində 1304687 nəfər şagirdin təlim-tərbiyəsi ilə 150998 müəllim məşğul olacaq. Bu il 130454 şagirdin I sinfə qəbul olunacağı proqnozlaşdırılır.  

Yeni dərs ilində 43588 yerlik 162 yeni təhsil müəssisəsi istifadəyə veriləcək, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub, 103 məktəb isə əsaslı təmir edilib. 2012-2013-cü dərs ilinə ümumi təhsil məktəbləri üçün 194 adda 4018990 nüsxə dərslik və metodik vəsait çap edilərək məktəblərə çatdırılıb, 500 məktəbdə kitabxanaların modernləşdirilməsi işi davam etdiriləcək.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL