waplog

“Google”-un patenti İT sektorda oyun qaydalarını dəyişdirə bilər


“Google” şirkəti “bulud” prinsipinə əsaslanan “Chrome OS” əməliyyat sistemini (ƏS) patentləyib. Bu hadisənin İT sektor üçün əhəmiyyətini qiymətləndirmək həddindən artıq çətindir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Google” faktiki olaraq hesablamaların bir hissəsinin  məsafədən idarə olunan kompyuterlərə keçirilməsini, həmçinin məlumatların “bulud”da saxlanılmasını nəzərdə tutan istənilən ƏS-nin hazırlamasına xüsusi hüquq əldə edib.

Hətta patentin adı - "Qurğular arasındakı informasiyanın şəbəkə mübadiləsinə əsaslanan əməliyyat sistemləri" – onun geniş mənada tətbiq imkanına işarə edir.

Məşhur “NC”-ni hazırlamış “Oracle” və “JavaStation”-u yaratmış “Sun”-un bu məsələyə reaksiyasını bilmək maraqlı olardı. Bu sistemlər “Chrome OS”-dan daha əvvəl istifadəyə verilib və hazırda onlar işləmir, lakin onların əsaslandığı prinsip indi “Google” şirkəti tərəfindən patentlənib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL