waplog

“Elektronika və fotonika üçün nanotexnologiya platformaları” üzrə seminar bu gün yekunlaşır


Finlandiyanın Oulu şəhərində Avropa Birliyinin 7-ci Çərçivə Proqramı üzrə  “NAPEP” layihəsinin (EU FP7-INCO-2010-6 project “Elektronika və fotonika üçün nanotexnologiya platformaları”)  iştirakçılarının növbəti seminarı bu gün –  3 sentyabr tarixində yekunlaşır. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Universitetdən bildirilib ki, 29 avqust 2012-ci il tarixindən etibarən start verilən seminarda Bakı Dövlət Universitetinin əməkdaşları - layihə rəhbəri Mustafa Muradov, professor İradə Əliyeva, professor Sofya Fiqarova, professor Rəna Qasımova, dosent Hüseyn Məmmədov və aparıcı elmi işçi Qönçə Eyvazova iştirak edirlər: “Finlandiyanın Oulu, Macarıstanın Szeged və ABŞ-ın Rice Universitetinin professor-müəllim heyəti və doktorantlarının iştirakı ilə keçirilən seminarda metal nanohissəciklərin, karbon nanoboruların elektrik xassələrinə, nanomaterialların dizayn və istifadəsinə və digər aktual problemlərə həsr olunmuş mühazirələr dinləniləcək”.



HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL